Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Aşıq Ələsgərin  200 illik yubileyi ilə bağlı ” videkonfrans keçirilib.

25.10.2021

25.10.2021- ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində " Aşıq Ələsgərin  200 illik yubileyi ilə bağlı " videkonfrans keçirilib.

Konfransda  ilk açılışı Samux Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov açdı. O, tədbir iştirakçılarını salamladı və qeyd etdi ki, Aşıq Ələsgər gözəlliyə, sevgiyə, torpağa, vətənə, təbiətə münasibəti yaradıcılığında yeni bir formada, real və səmimi boyalarla  əks olunur.
Sonra söz Mədəniyyət Mərkəzinin Baş məsləhətçisi Süleyman Əliyevə verildi. Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən və bu şeirin ən uca zirvələrini fəth edən Aşıq Ələsgər fitri istedadı, kəskin hafizəsi, şəxsiyyəti, nəcibliyi ilə hər kəsdən seçilən Ələsgər  beş il Aşıq Alıya şəyirdlik edir, saz dünyasının sirlərinə bələd olur, ustadlıq mərtəbəsinə yetişir.
Mədəniyyət Mərkəzinin müşayətçisi Şəlalə Tağıyeva  bütün fikirlərə qoşuldu və bildirdi ki, Aşıq Ələsgər böyük  Azərbaycan şairləri Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və Şərqin digər şairlərinin əsərləri ilə yaxından tanış olub. O, həmdə bəstəkar aşıq kimi tanınıb. Onun " Göyçəgölü" , " Zarıncı ", " Orta Şərili" , " Şərili Dübeyti " havaları məşhurdur.
Sonda Mədəniyyət Mərkəzinin Çobanabdallı kənd Diyarşunaslıq evinin Kütləvi iş təşkilatçısı Asif Məmmədov Aşıq Ələsgərin Şeirlərindən bir neçə bənd söylədi və qeyd etdi ki,  Aşıq Ələsgər poeziyasında dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı, gəraylı, divan şeir növləri özünü ən gözəl şəkildə yüksək sənətkarlıqla büruzə verir. Azərbaycan ədəbiyyatı tarixində şərəfli yer tutan Aşıq Ələsgərin  zəngin poetik irsi Azərbaycanın bir çox aşıqları üçün əsil sənətkarlıq məktəbidir.